Avqustun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası keçirilib.
Telexeber.az xəbər verir ki, toplantının gündəliyinə 9 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi;
2. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi;
3. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi;
4. Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) hesabatı;
5. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”nin təsdiq edilməsi;
6. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” qanunun qəbul edilməsi;
7. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunun qəbul edilməsi;
8. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibinin təsdiq edilməsi;
9. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Fərmanının təsdiq edilməsi.
Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov qeyd edib ki, muxtar respublikada aparılan struktur islahatları nəticəsində bir sıra dövlət orqanları və qurumların ləğv edilməsi və ya strukturunun dəyişdirilməsi ilə müvafiq olaraq xərclərin də tənzimlənməsi zərurəti yarandığından Naxçıvan Muxtar Respublikasının 2023-cü il dövlət büdcəsində dəyişikliklər edilməlidir.
Müzakirələrdən sonra gündəlikdə olan məsələlər qəbul edilib.
Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası öz işini başa çatdırıb.
11:10
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası başlayıb.
Telexeber.az xəbər verir ki, növbədənkənar sessiyanın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında”, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının qanunlarında dəyişiklik edilməsi, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”nin, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının qəbul edilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibinin təsdiq edilməsi məsələləri daxil edilib.