Direktor və direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
- 08.08.2023, 12:11,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
2023/2024-cü il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib.
Telexeber.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, test imtahanı mərhələsində iştirak edən 420 namizəddən 151 nəfəri müsahibə mərhələsinin birinci turunda iştirak edir.
Qeyd edilib ki, direktor və direktor müavinlərinin işə qəbulu üzrə test imtahanında hər bir vakansiya üzrə ən çox bal toplayan 5 namizəd müsahibələrin ilk turunda iştirak etmək hüququ qazanıb. Müsahibə mərhələsinə yalnız 30 baldan çox toplayan müraciətçilər buraxılır.
Keçid balından çox nəticə göstərən digər namizədlər müsahibə mərhələsi üçün gözləmə siyahısına əlavə ediləcək və müsahibələrin ikinci turunda, boş qalan vakant yerlər üçün dəyərləndiriləcəklər.
Müsahibələrin ilk turu 7 avqust - 7 sentyabr tarixləri arasında, ikinci turu isə ehtiyaca uyğun olaraq 9 oktyabr - 1 dekabr aralığında baş tutacaq. İmtahandan keçən şəxslərə müsahibə ilə bağlı məlumat şəxsi kabinet vasitəsilə verilir.
Bildirilib ki, müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 19 direktor və 27 direktor müavini vakansiyası elan olunub.