Sübhi Kazımov vəzifədən azad edildi
- 01.05.2024, 15:00,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilib.
Telexeber.az "Qaynarinfo"ya istinadən bildirir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.
Əmrə əsasən, idarənin rəis müavini Kazımov Sübhi Əli oğlu işdən çıxarılıb.
Qeyd edək ki, o, 2018-c ilə qədər Təhsil Nazirliyinin (hazırda Elm və Təhsil Nazirliyi) Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb və həmin ildə Ədliyyə Nazirliyinə təyinat alıb. Uzun müddət Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsini icra edib.
Xatırladaq ki, bu ilin aprel ayında Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinə Hüseynov Toğrul Aydın oğlu rəis təyin edilib. Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Hüseynov vəzifəsindən azad edilərək, Ali Məhkəmə Aparatının Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri təyin olunub.