Xəbərin başlığı sərt olsada məzmuna uyğundur.
09.09.2024 cü ildə xəstə Quliyev Kamran imran oğlu dözülməz əyaq ağrısı ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına müraciət edib,şəfa tapmaq istədi.Lakin həkimlər xəstənin bu arzusunu ürəyində qoydu.Analizlərə nəzər yetirsək onu deyə bilərik ki,xəstə qaraciyər serrozu və yanaşı digər xəstəliklərdən əziyyət çəkirmiş,elə bu səbəbdəndə xəstə reanimasiyaya yerləşdirirlir.Ancaq xəstənin ölüm səbəbi xəstəliyi olmadı, reanimasiyada Leyla adlı həkimin acı etirafı onun ürəyini partlatdı.
Göz aydınlığı verirmiş kimi Leyla həkim xəstəyə bildirib ki,onsuzda vəziyyətiniz ağırdı öləcəksiniz.Həkimin insafsızcasına verdiyi bu xəbərin ardınca xəstənin ürəyi dəyanır,vəfat edir.Bütün bu proseslər reanimasiyada xəstənin qızının gözü qarşısında baş verir.
Vijdanlı həkim xəstənin vəziyyəti nəqədər ağır olursa olsun ona yaşaması üçün ürək dirək verməli,əhval ruhiyəsini yüksək tutmalıdır ki ard arda qoşduğu sistem xəstənin səhhəti üçün yararlı olsun.
Quliyev Kamran xəstəxanaya yerləşdirilən an xəstəxananın direktoru ilə özüm şəxsən əlaqə saxladım ki,xəstə qaynatamdı hal vəziyyəti ağır olsada xəstəxanaya öz ayaqları üstə gəlib,xahiş edirəm mümkün olan tədbirlər görülsün.Sağolsun direktor,elə tapşırıq verdiki xahişimin üstündən yarım saat keçmədi qızının gözləri qarşısında reanimasiyada atanın ürəyini partladıb öldürdülər.
Qarşı tərəfə bir sualım var,bu cür ağırlaşmaynan gələn ən əziz adamınıza eşidəcək dərəcədə bu xəstə öləcək desəm və səndə reanimasiyada bu hala şahid olsan,bu açıqlamadan sonra xəstənin ürəyi dözməyib vəfat etsə hansı reaksiyanı anında verərdiniz?
Mən istəyərdim bu sualın cavabını Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru, baş həkimi və bu xoşa gəlməz an reanimasiyda yaşandığı üçün bəd xəbəri,xeyir xəbər kimi verib xəstənin ürəyini partladan Leyla həkim əlini vijdanına qoyaraq cavab versin.
Ümüdvaram qarşı tərəfin bir cavabı olacaq bu suala.