Xəstənin ödünü yaran həkim gözlərinə inanmadı - Azərbaycanda ŞOK HADİSƏ / FOTOLAR
- 31.03.2021, 19:10,
- Səhiyyə
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanlı cərrah xəstənin öd kisəsindən böyük ölçüdə üç ədəd daş çıxarıb.
Telexeber.az xəbər verir ki, cərrah Rəşad Əkbərli əməliyyat əsnasında xəstənin ödündən çıxarılmış daşların fotolarını paylaşıb. O bu kimi əməliyyatdan qorxub çəkinən xəstələrə belə bir məsləhət də verib.
“Mənə tez-tez pasiyentlər deyirlər ki, “doktor mən əməliyyatdan qorxuram”, "mən hələ əməliyyat etdirmək istəmirəm". Belə xəstələrə demək istəyirəm ki, diqqətli olun !!!
Cərrahi əməliyyatla çıxardığım bu daşları başqa hansı üsulla yox edib yaşamaq olar?. Sizin bu daşların yaratdığı fəsadlardan xəbəriniz varmı? Əgər bunların yaratdığı fəsadlarla qarşılaşmaq istəmirsizsə vaxtında həkimə müraciət edin’’.
Telexeber.az cərrahın öd kisəsindən xaric etdiyi həmin daşların görüntüsünü təqdim edir: