
5 İyun Azərbaycanda Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə ölkənin su təsərrüfatı sistemində çalışan bütün əməkdaşları, xüsusilə də Şəmkir rayon Maşın-Kanalı İstismarı İdarəsinin rəisi Rəşad Vəliyev səmimi-qəlbdən təbrik edirik.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Şəmkir Maşın-Kanalı İstismarı İdarəsinə 2024-cü ilin sentyabr ayında Rəşad Vəliyev rəhbər təyin olunub. O, bu təyinatadək həmin idarədə müxtəlif məsul vəzifələrdə çalışaraq su təsərrüfatı sahəsində zəngin təcrübə qazanıb.
Şəmkir Maşın-Kanalı İstismarı İdarəsi ölkənin qərb bölgəsində strateji əhəmiyyətə malik qurumlardan biridir. İdarə Şəmkirçay Su Anbarı vasitəsilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının minlərlə hektar əkin sahəsinin suvarılmasında mühüm rol oynayır. Eyni zamanda Şəmkir şəhərinin və Gəncə şəhərinin bir hissəsinin içməli su təminatında da əvəzsiz xidmət göstərir.

Su ehtiyatlarının səmərəli idarə olunması, kənd təsərrüfatının dayanıqlı inkişafı, fermerlərin su təminatının yaxşılaşdırılması və mövcud infrastrukturun etibarlı istismarı bu sahədə çalışan insanların böyük zəhmətinin nəticəsidir. Rəşad Vəliyevin rəhbərliyi altında idarənin fəaliyyətinin daha da təkmilləşdirilməsi, regionun su təminatının gücləndirilməsi və meliorasiya sistemlərinin müasirləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bu gün ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında, kənd təsərrüfatının inkişafında və su ehtiyatlarının qorunmasında çalışan hər bir əməkdaşın əməyi yüksək qiymətləndirilməlidir. Məhz onların fədakar fəaliyyəti nəticəsində minlərlə fermer öz təsərrüfatını inkişaf etdirir, məhsuldarlıq artır və regionların sosial-iqtisadi inkişafına töhfə verilir.

Telexeber.az kollektivi adından Rəşad Vəliyev başda olmaqla Şəmkir rayon Maşın-Kanalı İstismarı İdarəsinin bütün əməkdaşlarını 5 İyun – Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, işlərində yeni uğurlar, ölkəmizin su təsərrüfatının inkişafı naminə həyata keçirdikləri fəaliyyətlərdə daim nailiyyətlər arzulayırıq.
Peşə bayramınız mübarək!