
Xəbər verdiyimi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub, sakinlərlə görüşüb.
Telexeber.az xəbər verir ki, sakinlərlə görüş zamanı sakinlərdən biri Prezidentə Heydər Əliyevlə olan şəklini göstərib.
Kişi sakin: O vaxt Ulu Öndərlə bizim şəklimiz var. Bu, mənəm. Bu da Əliyev. 1994-cü ilin aprel ayında bizimlə birbaşa səngərdə görüşdü, tövsiyələrini verdi. Bütün əsgərlərdə, şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratdı.
Prezident İlham Əliyev: Bəli, bəli. Bu Beyləqan istiqamətidir?
Sakin: Ağdam istiqamətidir.
Prezident İlham Əliyev: 1994-cü il.
Sakin: Ulu Öndərimiz gəlib-qayıdandan sonra biz bir neçə kilometr irəlilədik.
Prezident İlham Əliyev: Tarixi şəkildir.