Hörmətli Telexeber.az-ın izləyiciləri,xüsusi buraxılışımızın qonağı,müsahibimiz Qəbələ rayon Vəndam qəsəbəsinin bələdiyyə sədri Həşimov Asif Firidun oğlu-dur.
Azərbaycanımızın gözəl güşələrindən,turistlərin ən çox seçib bəyəndiyi cənnətməkan Qəbələ rayonunun özəlliklədə Vəndam qəsəbəsidir.Sakinləri qonaqpərvər,mehriban və qayğıkeşdir.Sakinlərin dilindən düşməyən Vəndam qəsəbə bələdiyyəsinin sədri,Asif müəllimi bizdə tanımaq və xalqa tanıtmaq istədik.Demək olar ki, istəyimizə çətinliklədə olasa nail ola bildik.
Çətinliyimiz ondan ibarət oldu ki,Asif müəllim idarədə demək olar ki,oturmur.Bələdiyyə sədri olaraq daim sakinlərin yanındadı,eşitdiklərimiz,gördüklərimiz bizdə heyranlıq yaratdı.
Azərbaycan “COVİD 19” virusu ilə mübarizə apardığı bu çətin dönəmlərdə,Asif müəllimin bir məqsədi var idi.Sakinləri virusla bağlı təlimatlandırmaq,bacardıqları qədər evlərindən çıxmamasını və ən önəmlisi kimin nəyə ehtiyacı varsa öz cibinin vəsaitinə, ehtiyacı olanlara yardım payladı.
Bu xeyirxah məqsədli işi dövlətin büdcəsi ilə həyata keçirən və onuda ancaq öz qohum əqrabasına paylayan idarə rəhbərləri haqqında eşitmişdik,ancaq öz hesabına xalqın bu çətin günündə az təminatlı yoxsul ailələri sevindirmək,bax bu kimi rəhbərlər haqqında yazmaq bizim üçün sözün əsl mənasında şərəfdir.
Bununla bitmir.
Ərazinin zibil tullantılarından təmizlənməsi,rayonun ən görkəmli,doyum olmayan,insanın ruhunu dincəlməsinə səbəb olan “YEDDİ GÖZƏL” şəlaləsinə gedən yolu, yeni asfalt örtüyü ilə əvəzlənməsi ,hər birində Asif müəllim özü şəxsən iştirak edib,əməyi var.
Fotolarda da, əks olunur .
Mən “Telexeber.az” xəbər portalılın rəhbəri olaraq bəzi bələdiyyə sədrlərində Həşimov Asif Firidun oğlunun iş üslubundan örnək götürüb,xalqın,sakinlərin qayğısına qalmağa çağırıram.O ki, qaldı Asif müəllim kimi böyük ürəyə sahib olmaq, bax bu Allah vergisidir,hər adama qismət olmur.
Cənab Sədrə uğurlar,can sağlığı arzu edirik.