Təhsil nazirindən dərslərin başlanması ilə bağlı AÇIQLAMA
- 19.01.2021, 13:31,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Son günlər sosial şəbəkələrdə dərslərin yenidən başlayacağı ilə bağlı məlumatlar yayılıb.
Telexeber.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı təhsil naziri Emin Əmrullayev Unikal.org-a açıqlama verib.
Nazir bildirib ki, bununla bağlı qərar qəbul ediləcək: "Hələki tədrisin ənənəvi qaydada keçirilməsi ilə bağlı qərar yoxdur. Dərslərin başlaması Baş nazir Əli Əsədovun yaxın günlərdə verəcəyi qərardan asılı olacaq. Yanvar ayının 22-də mənim iştirakım ilə mətbuat konfransı keçiriləcək və bununla bağlı bütün məsələlərə aydınlıq gətiriləcək".