Emin Əmrullayev sosial şəbəkədə sorğu keçirir - FOTO
- 16.03.2021, 09:32,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Təhsilin keyfiyyətinə müxtəlif amillər təsir edir. Təhsil Nazirliyi üçün bu amillərin prioritetləşdirilməsi olduqca vacibdir. Bu məqsədlə geniş təhsil ictimaiyyətinin (müəllimlər, valideynlər, təhsil işçiləri) fikrini öyrənməyi faydalı hesab edirəm.
Telexeber.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki səhifəsində yazıb.
Nazir bildirib ki, sorğudakı bəndlərin hər biri təhsil prosesinin keyfiyyətli təşkili baxımından mühüm əhəmiyyətə malikdir:
"Seçdiyiniz bəndi rəy bölməsinə qeyd etməklə, yaxud keçidə daxil olmaqla sorğuda iştirak edə bilərsiniz. Hər birinizə iştirakınıza görə təşəkkür edirəm".