Fırıldaqçılıqla məşğul olan şəxsi Telexeber.az-da tanıyın !!! (Şikayət var)

Fırıldaqçılıqla məşğul olan şəxsi Telexeber.az-da tanıyın !!! (Şikayət var)
Telexeber.az-a müraciət edən Binəqədi rayon sakini Novruzov Sahil Zahir oğlu, başına gələnləri bizlərə danışıb aidiyyatı orqnlardan köməklik istədi.
Zərər çəkmiş şəxs, bizə olan müraciətində bildirir ki,11.01.2020 ci il tarixində "Klass" mağazasından kreditlə əldə etdiyim "Moped" nəqliyyat vasitəsi almışam və daha sonra maddi durumumun zəif olmasına görə krediti ödəməkdə çətinlik çəkəcəyimi anlayıb,müqavilə vasitəsi ilə qalan kredit ödənişləri ödəmək şərti ilə aldığım mopedi, şəkildə gördüyünüz Mahmudov Aydın Ədalət oğlunun istifadəsinə vermişəm.
Qalan kredit məbləğinin ödənilməsi məsuliyyətini öz üzərinə (rəsmi olaraq) götürməsinə baxmayaraq,Aydın adlı şəxs, kredit ödənişlərini ödəməkdən boyun qaçırır və bu günə kimi heçbir məbləğ ödəniş etməyib.Hal-hazırki durumdada şəxsin anasının dediyinə görə:
-Nəqliyyat vasitəsi satılıb.
Məndə olan ünvandan köçüb,mobil nömrələrinədə zəng çatmır.Mahmudov Aydın krediti ödəmədiyinə görə, kreditin ödənişi məndən tələb olunur və pandemiyanın ölkəmizdə yaratdığı mövcud vəziyyətlə əlaqədar olaraq mən də, krediti ödəməkdə çətinlik çəkirəm.
Aidiyyatı orqanlardan xahiş edirəm ki,bütün bunları nəzərə alaraq Mahmudov Aydın Ədalət oğlu barəsində cinayət məcəlləsinin müvafiq bəndinə uyğun olaraq bir tədbir görülsün.
Популярный ролик