Türkiyənin Kastamonu vilayətində baş verən seldən sonra çox sayda tikili dağılıb.
Telexeber.az xəbər verir ki, evin qalıqları arasında axtarışlar aparan xilasedicilər gözlənilməz mənzərə ilə qarşılaşıblar. Dağıntılar altından çıxarılmış çamadanı açan xilasedici gördüklərinə inanmayıb. Çamadanın içində çox sayda zinət əşyası çıxıb. Onlar qeydiyyata alınıb.