Binəqədi qəsəbəsində,məscidin yanında yerləşən qəbirsanlıqdan kütləvi oğurluq halları baş verib.Bu cür soyğunçuluğun qarşısını necə almaq olar ki,ölülər bizlərə şikayətlənməsinlər.Aidiyyətı idarələr bu kimi hallar baş verməsin deyə hansı yollara əl atırlar?
Binəqədi qəsəbə bələdiyyəsi bu kimi hallar tez-tez baş versin deyə,narkamanları və səviyyəsiz adamları qəbirsanlığa yerləşdirirlər.Kimisi əlində bel tikan vurmaq üçün ölü yiyəsindən əmir gözləyir,kimisidə əlində dəsmal qəbir daşlarını silmək üçün can atır.Əlbəttə ki,bunlar hamısı bir bəhanədir.Pusquda dururlar ki,görək hansı qəbir üstünə təzə gül və yaxutda başqa əşyalar (güldan və s.) gətirirlər,oğurlayıb axşama onu harasa təhfil verib hansısa bir məbləğ əldə etsinlər.
Şikayətçilərdən elə biri də mənəm Həsənov Vasif Vaqif oğlu,Telexeber.az xəbər portalının rəhbəri.Dünən Atamın məzarını ziyarət edərkən gördüyüm mənzərə məni dəhşətə gətirdi.Təqribən 40 manat dəyərində olan süni güllər oğurlanmışdı.
Bu işdə taxsırkar mən Binəqədi bələdiyyəsini görürəm,əgər qəbirsanlığı sizə tapşırıblarsa öz işinizin öhdəsindən layiqincə gəlməlisiniz.
Dünən bir hadisənində şahidi oldum,sözü gedən qəbirsanlıqda dəfin üçün yeri qardaşı ölmüş bacıya 600 manat oxudular.
Bizi izləməyə davam edin,gələn buraxılışımızda bu haqda xəbər verəcəyik.