Fəqan Nəsibovun hərbi xidmətinin 1 illiyində Vətən müharibəsi başladı. Elə ilk gündən də Xüsusi Təyinatlı Qüvvələrin tərkibində pulemytoçu kimi döyüşlərə qoşuldu. Cəbrayılda əlindən yaralansa da döyüş meydanından çıxmır. Füzulidə isə qolundan qəlpə yarası alıb. Amma yenə döyüşü davam etdirib. Füzulinin və Daşaltının azad olunmasında xüsusi şücaəti ilə seçilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə "Cəbrayılın", "Füzulinin", "Kəlbəcərin", "Xocavəndin", "Şuşanın" azad olunmasına görə, eləcə də "Şücaətə görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.
Telexeber.az qazi Fəqan Nəsibovun döyüş yolundan bəhs edən reportajı təqdim edir: