Qazaxıstanda dəhşət: Onlarla etirazçı öldü - Yüzlərlə yaralı var / VİDEO

Qazaxıstanda dəhşət: Onlarla etirazçı öldü - Yüzlərlə yaralı var / VİDEOQazaxıstanda ötən gecə də gərgin keçib.

Telexeber.az xəbər verir ki, hərbçilər səsgücləndiricilər vasitəsilə nümayişçilərə Respublika meydanından çıxması, əks halda atəş açılacağı barədə xəbərdarlıq edib. Ardınca ərazidə atışma səsləri eşidilib. Ölənlərin və yaralıların olduğu bildirilir. Ümumiyyətlə aksiyalar başlayandan bəri Almatı şəhərində baş verən toqquşmalar zamanı onlarla etirazçı həlak olub. 1000-dən çox yaralı var.
Türkiyənin Milliyet qəzetinin məlumatına görə, etirazçıların əksəriyyəti dövlət binalarına daxil olmağa çalışarkən baş verən qarşıdurma zamanı həlak olublar. Şəhərdə gərginlik davam edir. Qeyd edək ki, rəsmi açıqlamalara görə, toqquşmalar zamanı 18 hüquq-mühafizə əməkdaşı həlak olub. 300-dən çox polis xəsarət alıb.
Популярный ролик