Rusiyaya qarşı beşinci sanskiya paketi qüvvəyə MİNDİ: Siyahıda Putinin qızları da var
- 09.04.2022, 10:28,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa İttifaqının Rusiyaya qarşı beşinci sanskiya paketi qüvvəyə minib.
Telexeber.az xəbər verir ki, yeni məhdudiyyətlər siyahısına “Kalaşnikov” konserni, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov, “Sberbank”ın rəhbəri German Qref, həmçinin “Rusal” konserninin şəriki Oleq Deripaska, Rusiya Prezidenti Vladimir Putinin qızları Katerina Tixonova və Mariya Vorontsova daxildir.
Həmçinin “VTB”, “Sovcombank”, “Novikombank” və “Otkritie Bank”ın aktivləri dondurulub.
Ümumilikdə, Aİ-nin Rusiya və Belarus, həmçinin qondarma Donetsk və Luqansk respublikaları üçün yenilənmiş "qara siyahı"sına 80 hüquqi və 1091 fiziki şəxs düşüb.