Türkiyə Rusiyanın nəzarətindəki bölgəyə ordu yeridir - Ankaranın GÖZLƏNİLMƏZ HƏMLƏSİ Moskvanı çaşdırdı
- 03.06.2022, 12:29,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
“Ümid edirik ki, Türkiyə Suriyada hərbi əməliyyat keçirmək fikrindən daşınar”.
Telexeber.az xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova belə açıqlama verib. O bildirib ki, Türkiyənin həmləsi Suriyadakı gərgin vəziyyəti daha da gərginləşdirəcək. Zaxarova eyni zamanda bildirib ki, Rusiya Türkiyənin Suriyadakı narahatlığını anlayır. “Suriyanın razılığını almadan atılacaq addım Suriyanın suverenliyinin pozulması anlamına gəlir” - deyə Zaxarova bildirib.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan Suriyada təhlükəsizlik bölgələrinin yaradılması ilə bağlı işlərin tamamlanacağını açıqlamışdı. Türkiyə antiterror əməliyyatlarının keçirmək istədiyi bölgələr PKK/PYD terrorçularının işğalı altında olsa da, ərazilərin bir hissəsinə ABŞ, bir hissəsinə isə Rusiya nəzarət edir.