Azərbaycanda elektrik enerjisi istehsalı 2 % artıb - Nazir
- 14.07.2022, 10:35,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin I yarısında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% artaraq 13 520,5 milyon kVt/s olub.
Telexeber.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, 6 ay ərzində ölkənin enerji ixracı 664,1 milyon kVt/s, enerji idxalı isə 71,1 milyon kVt/s təşkil edib:
Nazir həmçinin qeyd edib ki, yanvar-iyun aylarında su da daxil olmaqla bərpa olunan mənbələrdən ötən ilin eyni dövrünə nisbətən 205,3 milyon. kVt/s artımla 1 162,7 milyon kVt/s elektrik enerjisi istehsal edilib.