Dünyada baş verən iqlim dəyişikliyini, qlobal istiləşməni və gələcəkdə yarana biləcək su qıtlığını nəzərə alan Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsinin kollektivi 2022-ci ilin suvarma mövsümünə tam hazırlıqla başladı desək, yanılarıq.
Telexeber.az a etibarlı mənbədən daxil olan məlumatlara əsasən onu diqqətinizə çatdıra bilərik ki,suvarma suyunun ərazilərə maneəsiz verilməsi və izafi suları kənarlaşdırmaq məqsədilə Lənkəran rayonu ərazisində olan kanallarda, kollektorlarda təmir-bərpa və lildən təmizləmə işləri vaxtı-vaxtında aparılmır.Rayonda çəltikçiliyin inkişafı ilə əlaqədar Siyavar, Mamusta, Ürgə, Viravul və Türkəkəran kəndlərində əkin işləri ilə məşqul olan sakinlər çarəsiz qalıb.Mənbənin informasiyasında bildirilir ki,kanal və kollektorlarda təmir bərpa işlərində qeyd olunan rəqəmlər şişirdilmiş rəqəmlərdir.
Xalqın narazıçılığının tam əksini deyən, Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Allahyar Salayev bəzi xəbər səyfələrinə müsahibəsində , mövsümün əvvəlində Xanbulan su anbarının tam doldurularaq buraya 52 milyon kubmetr həcmində suyun yığıldığını, su itkilərinin qarşısını almaq məqsədilə təmir işlərinin vaxtında görüldüyünü, nasos və mexaniki avadanlıqların saz vəziyyətə gətirildiyini qeyd edir.
Təsərrüfatlara verilən su rejiminə ciddi nəzarət olunduğunu vurğulayan idarə rəisi, bütün bunların nəticəsi olaraq Lənkəran və Astara rayonunda suvarma suyu ilə təmin edilən ərazilərində heç bir problemin olmadığını deyir.
Bəs yaxşı susuzluqdan məhv olan əkin sahəsi barəsində nə deyə bilərsiniz?
Foto faktı diqqətinizə çatdırırıq.