Nurlan Libre həbs edildi

İctimai fəal Nurlan Qəhrəmanlı (Libre) həbs edilib.

Telexeber.az “Qafqazinfo”ya istinadən bildirir ki, o, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə təqsirli bilinib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə N.Qəhrəmanlı 30 sutka inzibati qaydada həbs edilib.
Популярный ролик