Bakıda narkokuryer saxlanıldı - FOTO

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Telexeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlərlə paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 22 yaşlı Cahid İbrahimov saxlanılıb. Ondan 13 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə C. İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.
Популярный ролик