Sumqayıtda yaşayış binasında partlayış oldu
- 21.06.2026, 09:45,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Sumqayıt şəhərində partlayış hadisəsi qeydə alınıb.
Telexeber.az Report-a istinadən xəbər verir ki, hadisə 42-cı məhəllədə yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib.
İlkin məlumata görə, partlayış nəticəsində xəsarət alanlar var. Hadisə yerinə təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür
Faktla bağlı araşdırma aparılır, partlayışın başvermə səbəbləri müəyyənləşdirilir.