Sumqayıtda 12 evdən oğurluq edənlər tutuldu

Sumqayıtda 12 evdən oğurluq edənlər tutulduSumqayıtda mənzillərdən silsilə oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Telexeber.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda şəhər ərazisində 12 mənzildən elektrik naqili, təmir-tikinti alətləri, inşaat materialları və məişət əşyaları, habelə “Milli Ön” ödəmə terminalından 2500 manat pul oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş B.Mirzəyev saxlanılıb.
Популярный ролик