Bakıda daha 7 narkotacir saxlanılıb - VİDEO

Bakıda daha 7 narkotacir saxlanılıb - VİDEOPaytaxtın Nəsimi, Yasamal və Nizami rayonlarında narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib, 7 nəfər saxlanılıb, 5 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.

Bu barədə Telexeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyatlar zamanı rayon ərazisində paytaxt sakinləri - Rahim Abdullayev, Tamerlan Məmmədzadə, Cavanşir Dadaşov və Araz Hüseyov tutulublar.

Onlardan ümumilikdə 2 kiloqrama yaxın heroin, metamfetamin və elektron tərəzilər aşkar edilib.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar həyata keçirilib. Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı narkotiklərin satışı ilə məşğul olan Kənan Dadaşov və Həsən Həsənov saxlanılıblar.

Kənan Dadaşovdan 2 kiloqram 525 qram heroin, 9 qram metamfetamin, Həsən Həsənovdan isə 195 qram heroin və 10 qram metamfetamin aşkar olunub.

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən də daxil olmuş əməliyyat məlumatları əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Kamil Nəzərov saxlanılıb.

Onun üzərində baxış keçirilən zaman 600 qram heroin və 120 qram metamfetamin aşkar edilib.

Qeyd edək ki, adları sadalanan 7 nəfər qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri qəbul edərək satışını təşkil etməyə çalışıblar. Onlar ifadələrində xaricdəki narkotacirlərlə sosial şəbəkələrdə tanış olduqdan sonra onlar tərəfindən narkokuryerliyə cəlb edildiklərini bildiriblər.

Narkotik vasitələrin Nəsimi, Yasamal və Nizai rayonları ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması və bu şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkar olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Популярный ролик