Avtomobildən 16 min manat pul oğurlayan şəxs saxlanılıb

Avtomobildən 16 min manat pul oğurlayan şəxs saxlanılıbAvtomobildən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Telexeber.az-a verilən xəbərə görə, Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində 4 il əvvəl şəhər ərazisində “Mercedes” markalı bir avtomobildən 16.000 manat və sənəd oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş R.Dadaşzadə saxlanılıb.

Araşdırma aparılır.
Популярный ролик