“Borrusiya Dortmund”la danışıqlar aparmışam - İlkay Gündoğan

Premyer Liqa çempionu “Mançester Citi”nin ulduzu İlkay Gündoğan Alman nəhəngi ilə görüşdüyünü bildirib.


Telexeber.az xəbər verir ki, futbolçu menecerinin “Borrusiya Dortmund” tərəfi ilə danışıqlar apardığını təsdiq edib. Bununla belə, İlkay Gündoğan Almaniyada hazırda futbol oyanamağı planlaşdırmadığını ifadə edib. 32 yaşlı yarımmüdafiəçi gələcək karyerası ilə bağlı hələlik qərar vermədiyini ifadə edib.

Qeyd edək ki, İlkay Gündoğanın “Mançester Citi” ilə müqaviləsi başa çatır. Futbolçu ilə “Arsenal”, “Barselona” və digər klublar da yaxından maraqlanır.
Популярный ролик