Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirildi
Facebook
Вконтакте
Одноклассники
Google+
Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib.
Telexeber.az xəbər verir ki, Gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə baş tutan iclasın gündəliyinə əsasən, bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.
İclasda Kollegiya “Öyrədənlər platforması” barədə təqdimat dinlənilib və layihənin icra edilməsi barədə qərar qəbul edilib. Həmçinin 2024-cü il üçün idman növləri üzrə yığma komandaların, məşqçi və idmançı heyətlərinin yenilənmiş siyahısı müzakirə olunaraq səsvermə ilə təsdiqlənib.
Tədbirdə həmçinin idman mütəxəssislərinə fəxri adların verilməsi məsələsinə baxılıb və nazirliyin kollegiya qərarı ilə Mustafayev Vəfadar Möhlüd oğlu (yunan-Roma güləşi), Rüstəmov Təbriz Tahir oğlu (sərbəst güləş), Ağayev İlkin Hüseynağa oğlu (boks), Orucov Xəyyam Hüseyn oğlu (zorxana və pəhləvan güləşi), Əlixanov Valeh Məmməd oğlu (boks), İsayev Təhmasib Qurbanəli oğlu (sərbəst güləş), Səmədov Cavid Tofiq oğlu (şahmat), Musayev Eldar Elman oğlu (şahmat) “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adına layiq görülüblər. Bundan başqa, Abbasov Zöhrab Əlisahib oğlu, Tarverdiyev Vahid Muradxan oğlu, Səfərov Rizvan Zakir oğlu, Rəhimli Mətin Ədalət oğlu, Məmmədov Vüqar Cəmil oğlu, Əhmədov Ramil Tariyel oğlu, Əbilov Fəzail Rizvan oğlu, Əliyeva Aybəniz Qədir qızına “Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adı verilib.