Elvin Camalov "Neftçi"də qaldı

"Neftçi" Elvin Camalovla müqavilənin müddətini uzadıb.


Telexeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.

Dayaq yarımmüdafiəçisi ilə yeni 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2025-ci ilin yanvarında paytaxt klubuna transfer olunmuş E.Camalov bu müddətdə 28 rəsmi oyun keçirib, 1 qol vurub.
Популярный ролик