İspaniya Səudiyyə Ərəbistanını darmadağın etdi

Futbol üzrə 2026-cı il dünya çempionatının H qrupunda keçirilən oyunda İspaniya millisi Səudiyyə Ərəbistanını böyük hesabla məğlub edib.
Telexeber.az xəbər verir ki, qarşılaşma İspaniya yığmasının 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İspanların heyətində Lamin Yamal 10-cu dəqiqədə hesabı açıb. Mikel Oyarzabal isə 21-ci və 24-cü dəqiqələrdə fərqlənərək dubla imza atıb.

Səudiyyə Ərəbistanının müdafiəçisi Həsən Əl-Tambakti 49-cu dəqiqədə avtoqol müəllifi olub.
Популярный ролик