İngiltərə Konqo millisinə qalib gəldi
Facebook
Вконтакте
Одноклассники
Google+

Futbol üzrə dünya çempionatında İngiltərə millisi 1/16 final mərhələsini uğurla adlayıb.
Telexeber.az xəbər verir ki, qarşılaşmada İngiltərə yığması Konqo Demokratik Respublikası seçməsini 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Oyunda hesabı afrikalılar açıblar. Matçın 7-ci dəqiqəsində Brayan Sipenqa komandasını önə keçirib. Fasilədən sonra təşəbbüsü ələ alan ingilislər 75-ci və 86-cı dəqiqələrdə Harri Heynin vurduğu qollarla əzmkar qələbə qazanıblar.
Bu nəticə ilə İngiltərə millisi dünya çempionatının 1/8 final mərhələsinə vəsiqə qazanıb. Komanda növbəti mərhələdə Meksika yığması ilə üz-üzə gələcək.