Mbappe vurduğu qollarla tarixə düşdü
Facebook
Вконтакте
Одноклассники
Google+

Xəbər verdiyimiz kimi, FIFA 2026 Dünya Kubokunun 1/16 final mərhələsində Fransa İsveçi 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Komanda növbəti mərhələdə Paraqvayla üz-üzə gələcək.
Telexeber.az xəbər verir ki, ABŞ-nin Nyu-Cersi stadionunda keçirilən qarşılaşmada Fransa yığmasının qollarını 45 və 74-cü dəqiqələrdə Kilian Mbappe, 53-cü dəqiqədə isə Bredli Barkola vurub. Mbappe oyunda vurduğu iki qolla Dünya Kuboku tarixinə düşüb. Fransalı hücumçu Dünya Kubokunun pley-off mərhələsində keçirdiyi 9 oyunda 10 qol vuraraq bu göstəricidə yeni rekorda imza atıb.
O, bununla da pley-off mərhələsində 8 qol vuran braziliyalı əfsanələr Leonidas və Ronaldonu geridə qoyub. Mbappe Dünya Kubokunda ümumilikdə vurduğu qolların sayını 18-ə çatdıraraq Miroslav Kloseni (16 qol) üstələyib və turnuva tarixinin ən məhsuldar ikinci futbolçusu olub. Bu siyahıya 19 qolla Argentina millisinin ulduzu Lionel Messi başçılıq edir.