Bu qol Dünya Çempionatının tarixinə düşdü

2026-cı il FIFA Dünya Çempionatında hamını heyrətə gətirən tarixi hadisə yaşanıb.
Telexeber.az xəbər verir ki, turnirin son 32 mərhələsində Seneqalla qarşılaşan Belçika millisi oyunun gedişində 2-0 geriyə düşsə də, möhtəşəm geri dönüşə imza atıb. Gərgin keçən mübarizə belçikalıların 3-2 hesablı qələbəsi ilə başa çatıb və onlar adını növbəti mərhələyə yazdırıblar.

Qarşılaşmaya Belçika yığmasının kapitanı Yuri Tilemans damğa vurub. Matçda iki qol vuran təcrübəli futbolçu əlavə vaxtın son saniyələrində, yəni 120+5-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Onun bu qolu FIFA Dünya Çempionatları tarixinə ən gec vurulan qol kimi düşüb.

Bu tarixi uğurla Tilemans həm komandasına qələbə qazandırıb, həm də adını dünya futbolunun rekordlar kitabına qızıl hərflərlə yazdırıb. Matçın adamı seçilən kapitanın bu performansı turnirin unudulmaz anlarından birinə çevrilib.
Популярный ролик