“Qarabağ” UEFA reytinqində 6 pillə İRƏLİLƏDİ
Facebook
Вконтакте
Одноклассники
Google+
Avrokubokların qrup mərhələsinin III turu başa çatıb.Telexeber.az modern.az-a istinadən xəbər verir ki, turun görüşlərindən sonra klubların UEFA reytinqi açıqlanıb.
Avropanın ən yaxşı 100 komandası arasında Azərbaycanın yalnız bir təmsilçisi yer alıb. Bu, Ağdamın “Qarabağ” klubudur.
Premyer Liqanın vitse-çempionu Konfrans Liqasının III turunda Qazaxıstan “Kayrat”ını 2:1 hesabı ilə məğlub edib. Bu qələbə Qurban Qurbanovun yetirmələrinin hesabına 0,500 xal gətirib.
Aktivini 21,000-a çatdıran “Qarabağ” 6 pillə irəliləyib. Bu görüşədək Avropada 69-72-ci yerləri bölüşən təmsilçimiz artıq 63-66-cı pillələrə şərikdir.
Ağdamlılar “Feyenoord” (Niderland), “Real Sosyedad” (İspaniya) və “Borussiya” (Mönhenqladbax, Almaniya) ilə eyni xala malikdir.
Qeyd edək ki, siyahıya “Bavariya” başçılıq edir – 122,000.