Mahir Emrelidən imtina etdilər - Baş məşqçi qərarını verdi
Facebook
Вконтакте
Одноклассники
Google+
Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu cari mövsümün sonunda Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə yollarını ayıracaq.
Telexeber.az "24sata.hr" saytına istinadən xəbər verir ki, Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç 26 yaşlı hücumçunu komandasına görmək istəmir.
70 yaşlı mütəxəssis yayda hücum xəttini gücləndirə biləcək oyunçular alınmasını istəyir.
Qeyd edək ki, Mahir Emreli bu mövsümün ikinci yarısını icarə əsasında Türkiyə "Konyaspor"unda keçirəcək. Superliqa təmsilçisi yayda forvardı birdəfəlik transfer etmək hüququna malikdir.