"Qarabağ"ın səfər oyununda "nadir" olay: Yan xətt hakimləri...
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Premyer Liqasının 28-ci turunda "Şamaxı" evdə "Qarabağ"ı qəbul edib.
Telexeber.az sportinfo.az-a istinadən xəbər verir ki, qonaqların minimal hesablı (1:0) qələbəsi ilə başa çatan qarşılaşma kuryoz hadisə ilə yadda qalıb.
Belə ki, oyunun hakimlər briqadası yan xətt hakimləri üçün nəzərdə tutulan bayraqları özləri ilə gətirməyi unudublar.
Çarəsiz duruma düşən Rauf Cabbarovun köməkçiləri çıxış yolu kimi ehtiyat künc bayraqlarını çubuqlara taxaraq oyuna çıxıblar.
Maraq üçün bildirək ki, Cabbarovun bu matçda köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov olub.