ÜST xəbərdarlıq etdi: Ölüm halları artacaq
- 21.07.2022, 11:43,
- Səhiyyə
Facebook
Вконтакте
Одноклассники
Google+
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yoluxma hallarının getdikcə artdığını qeyd edərək, yaxın həftələrdə dünya ölkələrində koronavirusdan ölüm hallarının daha da artacağı barədə xəbərdarlıq edib.
Telexeber.az xarici mətbuata istinadən xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus yeni yoluxma hallarının sayının son 6 həftədə demək olar, iki dəfə artdığını qeyd edib:
"COVID-19-dan ölüm hallarının sayı yoluxmaların sayı qədər sürətli olmasa da, artmaqdadır. Artan yoluxmalar qarşıdakı həftələrdə xəstəxanalara daha çox yerləşdirmə və ölüm hallarını gözləyə biləcəyimiz anlamına gəlir", - o deyib.
Qebreyesus bildirib ki, ölüm halları yeni ştamla da bağlı ola bilər, bütün ölkələr buna hazır olmalıdır.