Tələblərimiz təmin olunmasa, taxıl sazişi fəaliyyətini dayandıracaq - Lavrov
- 30.05.2023, 08:59,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
"Rusiya tərəfinin tələbləri yerinə yetirilməsə, taxıl sazişi fəaliyyətini dayandıracaq".
Telexeber.az "Kommersant"a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, sövdələşmənin bir hissəsi olaraq, ixrac edilən 30 milyon tonun 3%-dən az hissəsi ən yoxsul ölkələrə çatdırılıb.
Nazir əlavə edib ki, Rusiya ilə BMT arasında memorandum ümumiyyətlə yerinə yetirilmir: "Əgər BMT-nin baş katibi Antoniu Quterreş memorandumda öz tələb etdiyi hər şeyi yerinə yetirə bilsəydi, o zaman ərzaq və gübrə bazarına təsir daha müsbət olardı”.