"Prezidentin son müşavirədəki fikirləri qanunun aliliyinə xəyanət edənlərə ciddi bir xəbərdarlıqdır"-RƏY

"Prezidentin son müşavirədəki fikirləri qanunun aliliyinə xəyanət edənlərə ciddi bir xəbərdarlıqdır"-RƏYDekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.

Artıq bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Ona görə hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar dövlətin diqqətini daim hiss eləsinlər, necə ki, biz hər bir çətin anda vətəndaşın yanındayıq", - dövlət başçısı qeyd edib.


Mövzu ilə bağlı Sonxeber.az-a "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu danışıb. O, bildirib ki, hüquqi dövlətdə hər hansı cinayətin adekvat şəkildə cəzalandırılması adi hüquqi normadır . Azərbaycanda da qanunlar hamı üçün ümumi, məcburi davarnış qaydası olduğu üçün hər kəs qanun qarşısında bərabərdir . Cinayət törədən şəxslərin hansı vəzifəni tutması yaxud hansı sosial statusu daşıması əsla qanuni cəzanın tətbiq edilməsini məhdudlaşdırmır. Bir neçə vəzifəli şəxsin xüsusi əməliyyat nəticəsində həbs edilməsini də məhz bu kontekstdə qiymətləndirmək lazımdır. Azərbaycan Prezidentinin siyasətinin əsas məzmununu xalqımızın rifahının təmin edilməsi, bütün sosial-iqtisadi və hüquqi münasiətlərdə şəffaflığın təmin edilməsi təşkil edir. Ancaq bəzi hallarda hətt müəyyən vəzifəli şəxslər vətəndaşların rifahına yönəlmiş maddi vəsaiti mənimsəyir rüşvət və korrupsiya hallarına yol verirlər. Bu əsla qəbul edilə bilməz. Belə hallara qarşı daima ciddi mübarizə aprılır və hüququn aliliyi təmin edilir. Ona görə də Prezident İlham Əliyev bu məsələyə toxunarkən bildirdi ki, bu cür hallarda iş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar dövlətin diqqətini daim hiss eləsinlər, necə ki, biz hər bir çətin anda vətəndaşın yanındayıq! Bu fikirlər əslində bir daha bəzi neqativ hallara, qanunun aliliyinə xəyanət edənlərə ciddi bir xəbərdarlıqdır.
Популярный ролик