Fələstinə dəstək üçün beynəlxalq koalisiya quruldu

Səudiyyə Ərəbistanının xarici işlər naziri Bin Fərhan Fələstin dövlətinin qurulması və iki dövlətli həll yolunun həyata keçirilməsi üçün beynəlxalq koalisiya qurulduğunu açıqlayıb.

Telexeber.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyası çərçivəsində Fələstin məsələsi və sülh səyləri ilə bağlı nazirlərin toplantısı keçirilib. İclasda çıxış edən Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan İsrailin İordan çayının qərb sahilində törətdiyi ciddi pozuntuların və Məscidül-Əqsaya qarşı təhdidlərin, həmçinin Qəzza zolağına edilən hücumların humanitar fəlakətə səbəb olduğunu bildirib.
Популярный ролик