Milli Məclis Prezident və xanımını təbrik etdi
- 12.06.2026, 15:07,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

Dövlətimiz məhv olmaq və parçalanmaq təhlükəsi ilə üz-üzə qalarkən Ulu Öndər Azərbaycanı xilas etdi.
Telexeber.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamanetin növbədənkənar iclasında deyib.
"Heydər Əliyevin dövlət rəhbərliyinə qayıtması xalqın çağırışı idi. Bununla da, Azərbaycan davamlı inkişaf yoluna çıxıdı, ölkəmiz beynəlxalq mərkəzə çevrildi", - o əlavə edib.
Spiker qeyd edib ki, Heydər Əliyevin dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
"Torpaqlarımızın 30 illik işğalına son qoyulmazı, suverenliyimizin bərpası, hər il artan siyasi nüfuzumuz bunun bariz göstəricisidir".
Sahibə Qafarova Prezidentə və Birinci xanıma təbrik məktubu ünvanlanmasını qeyd edib.