Səfir Quranın yandırılmasından yazdı - "Allahın nurunu söndürə bilməzlər!"
- 23.01.2023, 12:39,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı İsveçdə aksiya zamanı Quranın yandırılmasına münasibət bildirib.
Telexeber.az xəbər verir ki, səfir bu barədə tviter səhifəsində yazıb: "Biz "yaşayan bir Quran" olmuş Peyğəmbərin ümmətiyik. Sizin kimi inkarçılar və azğınlar Həzrəti Adəmdən (a.s.) bəri həmişə olub. Amma Allahın nurunu heç bir insan söndürə bilməyib və söndürə bilməyəcəkdir!", - deyə diplomat qeyd edib.
Qeyd edək ki, ötən həftə İsveçin paytaxtı Stokholmdakı Türkiyə səfirliyi yaxınlığında keçirilən aksiyada Quran yandırılıb və bu, böyük etirazlar doğurub.