Azərbaycan XİN-dən Yunanıstana BAŞSAĞLIĞI

Azərbaycan XİN qatar qəzası ilə bağlı Yunanıstana başsağlığı verib.

Telexeber.az xəbər verir ki, bu barədə XİN-in tviter hesabında bildirilib.


“Yunanıstanda Larissa yaxınlığında onlarla insanın həyatını itirməsi ilə nəticələnən dəhşətli dəmir yolu qəzasına görə dərindən kədərləndik. Bütün qurbanların ailələrinə dərin hüznlə başsağlığı veririk və yaralıların tezliklə sağalmasını diləyirik. Fikirlərimiz Yunanıstan xalqı və hökuməti ilədir”.

Qeyd edək ki, Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb, yaralananların sayı isə 85 nəfərdir.
Популярный ролик