"Oruc tuturam, həcc ziyarətinə getmək istəyirəm" - Müğənni Mina / FOTOLAR
Facebook
Вконтакте
Одноклассники
Google+
"Ən böyük arzum Həcc ziyarətinə getməkdir".
Telexeber.az xəbər verir ki, müğənni Mina ən böyük arzusunu dilə gətirib. O həmçinin 11 ayın sultanı olan Ramazan ayında oruc tutduğunu da bildirib:
"Oruc tutub, Allaha dualar edirəm. Allah mənə Həcc ziyarətini qismət etsin. Heç kəsə pislik etmirəm. Hamıya da məsləhət görürəm ki, Allaha dualar edib, ruhlarını təmiz saxlasınlar. Allahın yolundan azmayın. Şeytana uymayın".
Mina həmçinin sənəti üçün etdiyi fotosessiya və kliplərindən də danışıb: "Müğənnilik sənəti çox maraqlı və çətindir. İşim şou ilə dolu olmalıdır. Bu baxımdan sənətim üçün maraqlı layihələr edirəm. Əslində əməllərim salehdir. Həyatda tam fərqli olduğumu dostlarım bilir".
Qeyd edək ki, Mina ötən həftə açıq-saçıq fotosessiyası ilə gündəm olmuşdu.