Karantin qaydalarını pozub ad günü edən Nüşabə CƏRİMƏLƏNDİ - RƏSMİ

  • 23.08.2020, 09:59,
  • Şou
Karantin qaydalarını pozub ad günü edən Nüşabə CƏRİMƏLƏNDİ - RƏSMİDaxili İşlər Nazirliyi müğənni Nüşabə Musayevanın özünə ad günü şənliyi keçirməsi barədə məlumat yayıb.

Telexeber.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov "qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, ötən gün sosial şəbəkələrdə xüsusi karantin rejiminin tələblərini pozaraq Sumqayıt şəhərindəki "Amore” restoranında müğənni Nüşabə Musayevanın özünə ad günü şənliyi keçirməsi barədə məlumat yayılıb:
"Aparılan araşdırmalarla qeyd olunan məlumat təsdiqini tapdığından İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq restoranın sahibi Oqtay Mirzəyev 3000 manat, müğənni Nüşabə Musayeva və onun ad günü şənliyində iştirak edənlərin hər biri isə 200 manat məbləğində cərimə ediliblər.
Популярный ролик