"Orta məktəblərin açılması məsələsinə baxılır" - Hikmət Hacıyev
- 04.08.2020, 11:05,
- Təhsil
Facebook
Вконтакте
Одноклассники
Google+
Təhsil Nazirliyi qarşısında tapşırıq qoyulub. Müvafiq qurumlarla birgə orta məktəblərin yeni tədris ilində açılması məsələsi müzakirə olunur.
Telexeber.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
H.Hacıyev bildirib ki, burada digər ölkələrin də təcrübəsi nəzərə alınacaq. O qeyd edib ki, bununla bağlı hazırlanacaq təkliflərə baxılacaq.