Şabranda yaşayış evi yanıb, xəsarət alanlar var

Şabranda yaşayış evi yanıb, xəsarət alanlar varŞabranda yaşayış evində baş verən yanğın söndürülüb.

Telexeber.az APA.az-a istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

1943-cü il təvəllüdlü Baləli Həsənova məxsus ümumi sahəsi 180 kvadratmetr olan evin yanması nəticəsində 1965-ci il təvəllüdlü Həsənova Gövhər Mirzə qızı, 1996-cı il təvəllüdlü Həsənova Aytac Dilavər qızı və 1990-cı il təvəllüdlü Həsənov Elmir Baləli oğlu xəsarət alıb.

Yaralılar Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Популярный ролик