Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Masallıda 13 yaşlı qızın ərə verilməsi ilə bağlı iddialar yayılıb.
Telexeber.az xəbər verir ki, “Xəzər” TV azyaşlı qızın yaşadığı ünvanda olub. Məlum olub ki, sözügedən qızın 15 yaşı var və onu 28 yaşlı oğlana nişanlayıblar.
Qızın anası bildirib ki, tərəflər arasında razılıq olub. Nişan və toy üçün qızın 18 yaşının tamam olmasını gözləyəcəklər. O, əlavə edib ki, oğlanın adını bilmir.
Məsələdən xəbər tutan Masallı Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin əməkdaşları ailədə olublar.