Avtomobildən 31 min manat çox oğurlayan şəxs saxlanılıb

Avtomobildən 31 min manat çox oğurlayan şəxs saxlanılıbBakıda avtomobildən 31 500 manat oğurlayan şəxs saxlanılıb.

Bu barədə Telexeber.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 3-nə keçən gecə Ş.Mehdiyev küçəsində “Hyundai” markalı bir avtomobildən 31.500 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini Fərid Həsənov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Популярный ролик