Kamala Harris Donald Trampdan öndədir
Facebook
Вконтакте
Одноклассники
Google+
"CBS News" və "YouGov"un ABŞ-də 18-20 sentyabr tarixləri arasında keçirdiyi sorğuda 3 min 129 qeydiyyatda olan seçicidən noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı fikirləri soruşulub.
Telexeber.az bildirir ki, sorğunun nəticələri Harrisin 52 faizə çatdığını və 48 faiz dəstək alan Trampı 4 bal qabaqladığını göstərib. Məlum olub ki, namizədin şəxsi xüsusiyyətlərinə üstünlük verən seçicilər Harrisə səs verib, Trampı dəstəkləyənlər isə namizədin siyasətinə diqqət yetiriblər.
Harrisə səs verənlərin əksəriyyəti immiqrantların amerikalıların etməyəcəyi işləri gördüyünü düşünsə də, Trampın seçicilərinin əksəriyyəti immiqrantların daha çox cinayət törətdiyinə inanır.
Tramp tərəfdarlarının 73 faizi immiqrantların cəmiyyəti daha da pisləşdirdiyini düşünür, tərəfdarlarının 69 faizi mühacirlərin ev pişikləri və itləri yeməsi ilə bağlı iddiaların doğru olduğuna inanır.