Netanyahu təhlükəsizlik rəhbərləri ilə görüşdü
Facebook
Вконтакте
Одноклассники
Google+
İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivdə təhlükəsizlik rəhbərləri ilə məsləhətləşmələr aparıb.
Telexeber.az-ın məlumatına görə, bu barədə "The Times Of Israel" xəbər yayıb.
Görüşdə Netanyahuya İsrailin əsas təhlükəsizlik strukturlarının rəhbərləri, o cümlədən İsrailin Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) rəhbəri Ronen Bar, Mossadın direktoru David Barnea, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi və müdafiə naziri Yoav Qallant müşayiət ediblər.
Məsləhətləşmələrin məqsədi ölkənin təhlükəsizliyi ilə bağlı cari məsələləri və potensial təhlükələri müzakirə etmək olub. Netanyahu təhlükəsizlik sahəsindəki kritik qərarları dəqiqləşdirmək üçün yüksək səviyyəli məsləhətləşmələrə davam edir.